Yağıntılı və küləkli hava davam edir - Faktiki hava

18:21 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 4-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 metrə çatır.

Dənizdə dalğanın hündürlüyü 5,5 metrdir.